media-ads-728x90
media-bez-nazvaniya-2
media-ads-728x90

ERAmedia “Mədəniyyət” rubrikasında Azərbaycan kino və teatr aktrisası, Xalq artisti, Prezidenti təqaüdçüsü, dosent Həmidə Ömərovanın ömür yolundan bəhs edir

Aktrisa, professor, xeyriyyəçi, yazıçı Həmidə Ömərova barədə maraqlı faktlar. 80-ci illərin ən məhsuldar aktrisası idi, bəzən 2-3 filmə eyni vaxtda çəkilirdi. Yalta, Tacikistan, İran kinostudiyalarının filmlərinə çəkilib. 500-dən çox filmin dublyajı və səsləndirilməsində iştirak edib, 50-yə yaxın filmdə çəkilib. O, “Retro” kinozalının aparıcısı idi.

“Nalçikdən gəlirdik, qabaqda Həmidə Ömərova ilə əyləşmişdik. Soruşdum ki, Həmidə, dünya gözəli ola-ola niyə ailə qurmursan? Əli ilə arxada əyləşən anasını göstərdi: “Onu görürsən? Ondan soruş ki, Nalçikdə nə işin var?. Həmidə hara gedirdisə, anası tək buraxmır, onunla gedirdi,” –

Həmidə Ömərova yaxınlarına köməyi, mərhəməti ilə də seçilir. O, şəkər xəstəsi olan qohumuna kirayə ev tutmuşdu, dərmanlarını alır, ərzaq verirdi. Həmidə Ömərova həm də hekayələr yazıb.
Aktrisa Xalq artisti adını aldığı günlərdə yaddaşını itirən anasını itirir. Qoca qadın evdən gedir. Yaddaşı pozulduğundan geri qayıda bilmir. Həmidə xanım anasını tapır. Lakin elə kədərlənir ki, Xalq artisti adını almasının sevincini dada bilmir.

 


media-ads-728x90

Bənzər xəbərlər