Aktrisanın etirafı: "7 il həmin telefonu işlətmişəm"
Azərbaycanın Xalq artisti Həmidə Ömərova illər öncə mərhum Xalq artisti Nəsibə Zeynalovadan aldığı hədiyyə ilə bağlı maraqlı xatirəsini bölüşüb.
ERAmedia xəbər verir ki, aktrisa Nəsibə Zeynalovanın ona bağışladığı mobil telefonu uzun illər istifadə etdiyini və onun mənəvi dəyərinə görə dəyişmək istəmədiyini deyib. O bildirib ki, ətrafındakıların yeni telefon almaq tövsiyələrinə baxmayaraq, həmin cihazı məşhur sənətkarın yadigarı hesab etdiyi üçün istifadə etməyə davam edib.
Həmidə Ömərovanın sözlərinə görə, “Əqrəb bürcü” tamaşasının çəkilişi zamanı maraqlı hadisə yaşanıb. Çəkiliş heyəti polis əməkdaşlarının istifadə etdiyi “ratsiya”ya bənzər cihaz axtararkən, aktrisanın köhnə mobil telefonuna zəng gəlib. Telefonu görən yaradıcı heyət onun görünüşünün köhnəliyini nəzərə alaraq, rekvizit kimi istifadə etməyi təklif edib.
Xalq artisti həmin hadisədən sonra telefonun həqiqətən də köhnəldiyini anladığını qeyd edib. Buna baxmayaraq, o, Nəsibə Zeynalovanın xatirəsini yaşatdığı üçün bu hədiyyəni bu gün də yadigar kimi qoruyub saxladığını vurğulayıb.
Mələk Onur









