Aktyordan Səyavuş Aslanla bağlı təsirli XATİRƏ
2003-cü illərdə teatrdan aldığı maaşla kirayədə yaşadığını deyən Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Sərdar Rüstəmov həmin dövrdə maddi sıxıntılar yaşadığını bildirib.
ERAmedia xəbər verir ki, Sərdar Rüstəmov həmin illərdə teatrdan 8-9 “şirvan” maaş aldığını və bəzən maaşını yeməkxanaya olan borclarını ödəməyə xərclədiyini deyib. Aktyorun sözlərinə görə, bir gün yemək almaq üçün bufetə yaxınlaşanda bufetçi Ağabəy ona borcunun artıq 6 “şirvan”ı keçdiyini bildirib.
Sərdar Rüstəmov qeyd edib ki, həmin vaxt mərhum aktyor Səyavuş Aslan də bufetdə olub. O, söhbəti eşidəndən sonra ayağa qalxaraq vəziyyətlə maraqlanıb. Bufetçinin borcun məbləğini deməsindən sonra Səyavuş Aslan cibindən pul çıxarıb aktyorun borcunu ödəyib.
Aktyorun sözlərinə görə, Xalq artisti bununla kifayətlənməyərək “İndi onun yediyinin də pulunu çıx” deyərək əlavə yeməyin də hesabını ödəyib.
Sərdar Rüstəmov bu hadisəni həyatında unutmadığı insanlıq nümunələrindən biri kimi xatırladığını vurğulayıb.
Vüsalə









