media-videoedited
media-68f8cc9e4a86568f8cc9e4a866176113577468f8cc9e4a86368f8cc9e4a864
media-shehidler_olmez_baner_full

Katolikos II Qareginin legitimliyini tanımıram və onun rəhbərlik etdiyi strukturu qeyri-legitim sayıram.

ERAmedia xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün brifinqdə deyib.

“Katolikos kimdir? Mən belə bir şəxsi tanımıram. Bu adam öz andını pozub”, – Simonyan bildirib.

Eçmiədzin tərəfindən keşiş Aram Asatryanın ruhanilikdən uzaqlaşdırılması və artıq Erməni Kilsəsi adından liturgiya keçirmək hüququnun olmaması ilə bağlı suala cavab verən Simonyan həmin strukturu qeyri-legitim adlandırıb: “Bu, qeyri-legitim bir qurumdur. Ktriç Nersisyan (II Qaregin) başa düşməlidir ki, dediyi kimi, “evlərimizə qədər gəlirlər”, qoy bu işi son həddə çatdırmasın… Onsuz da gedəcək”.


media-adspc

Bənzər xəbərlər