media-17738546544332164825_1200x630

Martın 18-də Alena Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər.

ERAmedia  xəbər verir ki, qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib, təamların dadına baxıblar.

Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata”nın köşkünün fəaliyyəti də diqqətdə saxlanılıb, kafenin əməkdaşlarına təbriklər ünvanlanıb, fəaliyyətlərində uğurlar arzulanıb.

Qonaqlar yarmarka ərazisində təşkil olunan əyləncə məkanına da baş çəkib, hədiyyəli yarışda özlərini sınayıblar.

Alena Əliyeva ziyarətçilər və iştirakçılarla şəkillər çəkdirib, ona hədiyyələr təqdim olunub.


media-adspc

Bənzər xəbərlər