media-17551538212008029233_1200x630
media-bant_master

Ali Məhkəmənin Cinayət kollegiyası xarici hökmün tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

ERAmedia-ya bu barədə Ali Məhkəmədən məlumat verilib.

Xəbərə görə, Rusiya istintaq oraqanları tərəfindən irəli sürülmüş ittihama əsasən, şəxs 2007-ci il 11 avqust tarixində Rusiyanın Rostov vilayətində tanışı Y. Kovalevanın evinə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd edib. Hadisə zamanı onu görən qohum A. Nazarenkoya bıçaqla xəsarətlər yetirərək ölümünə səbəb olub. Rusiya istintaq orqanlarının məlumatına əsasən, hadisə yerindən götürülmüş barmaq izləri Abdullayevə məxsus olub və o, ilkin mərhələdə cinayəti etiraf edib. Rusiya məhkəmələri işi şəxs barəsində qiyabi qaydada araşdıraraq onu 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Azərbaycanda həmin hökmün tanınması üçün edilən müraciətə isə apellyasiya instansiyası tərəfindən imtina verilib.

Sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunub. Ali Məhkəmə qəbul etdiyi qərarda bildirib ki, xarici dövlətin qiyabi hökmünün tanınması məsələsinə yanaşmada əsas diqqət müdafiə hüquqlarının real təminatı və beynəlxalq standartlara uyğunluğun qiymətləndirilməsinə yönəlməlidir. Məhkəmə vurğulayıb ki, müxtəlif ölkələrin cinayət-prosessual qanunvericiliklərində qiyabi icraata fərqli yanaşmalar mövcud olsa da, bu fərqliliklər hökmün tanınmasından imtina üçün avtomatik əsas ola bilməz. Əsas meyar – şəxsin müdafiə imkanlarının reallaşdırılması üçün real şəraitin yaradılıb-yaradılmamasıdır.

Ali Məhkəmə müdafiə hüquqlarının real təminatı barədə obyektiv qiymətləndirmə aparmağın mümkün olmadığı qənaətinə gəlib.

Məhkəmə həmçinin qiyabi hökmlərin beynəlxalq hüquq normalarındakı yerini təhlil edərək qeyd edib ki, qiyabi məhkumetmənin özü hüquq pozuntusu hesab edilmir.

Ali Məhkəmə əlavə edib ki, hökmün Rusiya Federasiyasında kassasiya qaydasında mübahisələndirilməməsi onun tanınmasından imtina üçün əsas deyil, çünki hökm artıq apellyasiya instansiyasından keçərək qanuni qüvvəyə minib.

Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarıb.


media-adspc

Bənzər xəbərlər