media-6905dc00a1d1d6905dc00a1d1e17619916806905dc00a1d1b6905dc00a1d1c
media-bant_master

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.

ERAmedia-ya bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub. Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olar. Roma Papasının ölkəmizə səfər edəcəyi təqdirdə, Azərbaycandakı dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikulturalizm mühitini əyani şəkildə görə biləcəyi qeyd olunub.

Papa Leo isə ölkəmizə səfər etməyə rəğbətlə baxdığını, iş qrafikinə görə bunu tənzimləyəcəyini deyib.


media-adspc

Bənzər xəbərlər