media-7661e1f6-8daf-48c2-8c91-17ce4089493c

Alma qabığı və alma çayı almanın meyvəsi ilə müqayisədə bəzi hallarda daha çox faydalı təsirə malik ola bilər.

ERAmedia xəbər verir ki, bu barədə məlumatı Nəsibə Babayeva sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edilir ki, alma qabığı zəngin antioksidant və vitamin mənbəyi hesab olunur. Onun tərkibində flavonoidlər və fenolik birləşmələr kimi antioksidantlar yer alır. Bu maddələr sərbəst radikallarla mübarizə apararaq orqanizmi müxtəlif xəstəliklərdən qorumağa və yaşlanma prosesini yavaşlatmağa kömək edə bilər.

Alma qabığının digər mühüm faydalarından biri ürək-damar sağlamlığı ilə bağlıdır. Tərkibindəki bəzi maddələrin xolesterinin azalmasına və ürək xəstəlikləri riskinin aşağı düşməsinə kömək etdiyi bildirilir.

Alma qabığında olan pektin və digər liflər qan şəkərinin tənzimlənməsində, həzm sisteminin fəaliyyətinin yaxşılaşmasında və qəbizliyin qarşısının alınmasında mühüm rol oynayır.

Bundan başqa, alma qabığı C vitamini və digər faydalı maddələrlə zəngin olduğundan immunitet sistemini dəstəkləyə bilər. Tərkibindəki antioksidantlar və vitaminlər dəri sağlamlığına müsbət təsir göstərərək dərinin daha sağlam görünməsinə kömək edə bilər.

Mütəxəssislər alma qabığını istehlak etməzdən əvvəl meyvəni yaxşı yumağı tövsiyə edirlər.


media-adspc

Bənzər xəbərlər