media-ogru

Almaniyanın Bad-Zalzuflen şəhərində naməlum şəxs kafeyə girərək pul əvəzinə tort və iki qutu dondurma oğurlayıb.

ERAmedia xəbər verir ki, bu barədə Almaniya Mətbuat Agentliyi (Deutsche Presse-Agentur) məlumat yayıb.

Polis hazırda şirniyyat həvəskarının kimliyini müəyyənləşdirməyə və qeyri-adi oğurluğun motivini araşdırmağa çalışır.

Hadisə şənbə günü gecə saat 02:30 radələrində Şimali Reyn-Vestfaliya federal torpağında, şəhərin kurort parkının yaxınlığında baş verib. Cinayətkar kafeyə daxil olub, lakin görünür, kassa ilə maraqlanmayıb.

Bunun əvəzinə o, bir tort və iki qutu dondurma götürərək hadisə yerindən uzaqlaşıb.

Polis şübhəlinin axtarışına başlayıb və eyni zamanda onun niyə məhz belə qeyri-adi “qənimət” seçdiyini araşdırır.

“Hələ də bilmirik, o, bilərəkdən şirniyyat dalınca düşmüşdü, yoxsa cinayət zamanı sadəcə aclıq hissi onu üstələyib”, deyə polis nümayəndəsi bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər