Almaniyanın matçında “O” peyda oldu
Almaniyanın Kürasaonu 7-1 hesabı ilə məğlub etdiyi matç zamanı tribunada qeyri-adi bir görüntü diqqət çəkib.
ERAmedia xəbər verir ki, oyunun gedişində bir azarkeşin 1933-1945-ci illərdə Almaniyaya rəhbərlik etmiş nasist lider Adolf Hitlerə bənzər xarici görünüşdə olduğu müşahidə edilib.
Sözügedən şəxs kameralar tərəfindən qısa müddət görüntülənib və bu kadrlar sosial mediada müzakirələrə səbəb olub.










