media-1747811128913931827_1200x630
media-bant_master

Almaniya kibertəhlükəsizlik mütəxəssislərinin ciddi çatışmazlığı ilə üzləşir. “Strategy&” şirkətinin araşdırmasına görə, 2024-cü ildə kiberhücumlar nəticəsində ölkəyə rekord 202,4 milyard avro həcmində ziyan dəyib.

ERAmedia bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“PwC”nin qlobal biznes bölməsi olan “Strategy&” tərəfindən aparılan araşdırmaya əsasən, ölkədə artan hücumların qarşısını almaq üçün kifayət qədər kibertəhlükəsizlik mütəxəssisi yoxdur və bu, rekord səviyyədə iqtisadi itkilərə səbəb olub.

Sorğuda iştirak edən qurumların 10-dan 9-u mütəxəssis çatışmazlığı ilə üzləşdiklərini qeyd edib.

“Təkcə ötən il Almaniyanın Hava Nəqliyyatına Nəzarət Xidməti, Federal Statistika İdarəsi və Şərqi Avropa Araşdırmaları Cəmiyyəti xaricdən edilən kiberhücumların hədəfinə çevrilib,” – deyə “Strategy&” şirkətinin tərəfdaşı və araşdırmanın müəllifi Lukas Si bildirib.

“Əgər Almaniyanın rəqəmsal dayanıqlığını təmin etmək istəyiriksə, indi hərəkətə keçməli və bütün imkanlardan istifadə etməliyik”, – məlumatda əlavə olunub.


media-adspc

Bənzər xəbərlər