Alqış Musayev: Mehdiyev haqında təbrik videoları yayılır. Baxıram, sanki danışmırlar. Doğurlar
“Mən başa düşürəm. Mühdiyev Prezident aparatının rəhbəri olub. Konyukturanın öz şərtləri , idarəçiliyin normativləri var. Yuxarıdan gələn direktivlərə riayət olunmalıdır və sair. Hamı durub aparat rəhhəbri ilə savaş açamlı deyildi ki. Komanda daxilində konfrantasiya yaratmağa, əlavə cəbhə açmağa lüzum da yoxdu”.
ERAmedia xəbər verir ki, bu fikirləri öz sosial şəbəkə hesabında Yeni Azərbaycan qəzetinin baş redaktoru, sabiq deputat Alqış Musayev paylaşıb.
Q qeyd edib ki: “Hamının, ö cümlədən sirsifətindən qaramat, xainlik yağan mehdiyevin də ad gününü, yubileyini təbrik etmək olar.
Onun haqqında tərif deyənləri linç etməyin tərəfdarı da deyiləm.
Amma hər şeyin bir həddi var …
Mehdiyev haqında təbrik videoları yayılır.
Baxıram, sanki danışmırlar
Doğurlar.
Gücənirlər ki, nəsə fövqəladə bir ifadə tapıb mehdiyevin şəninə yaraşdırsınlar.
Özü də danışanlar sıradan biriləri deyil.
Kifayət qədər ciddi status sahibləridirlər.
Mehdiyevə “siyasətin akademiki” deyirlər.
Mehdiyevə “siyasətin akademiki” deyənlər bəs Heydər Əliyevin Azərbaycan tarixindəki və siyasətindəki yerini harda görürlər.?
Mehdiyevi “dərin dövlət” adamı adlandırırlar.
Bu birbaşa istintaq üçün əvəzsiz materialdır: dərin dövlət paralel idarəçilik deməkdir. Onda adamdan sörüşarlar ki, buyur gəl danış paralel strukturları dərinliy barədə nə bilirsən?.
Əcaib , həm də qorxulu bir mənzərə yaranır.
Axı bu adamlar guya bizim elitamızı təmsil edirlər.
Mənim heç şübhəm qalmayıb ki, mehdiyev fərqli bir dinin daşıyıcısı olsaydı, bu adamlar ona xoş gəlsin deyə dini inanclarını da dəyişərdilər”….
Əli Fərhad









