media-20251120221117_cdcef8f3
media-bant_master
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkələrdə altı rəqəmli nömrə nişanları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
ERAmedia xəbər verir ki, şöbə rəisinin verdiyi açıqlamaya görə, avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında heç bir dəyişiklik nəzərdə tutulmur. Sosial şəbəkələrdə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi əlavə edib ki, gələcəkdə nömrə nişanları ilə bağlı hər hansı yenilik olacağı təqdirdə, bu barədə ictimaiyyət əvvəlcədən rəsmi şəkildə məlumatlandırılacaq.

media-adspc

Bənzər xəbərlər