Amin Məmmədzadə Avropa üçüncüsü olub
Azərbaycanın daha bir boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
ERAmedia xəbər verir ki, yarımfinalda rusiyalı Vyaçeslav Roqozinə uduzan Amin Məmmədzadə (55 kiloqram) qitə üçüncüsü olub.
Bununla da Azərbaycan millisinin yarışda qazandığı medalların sayı ikiyə çatıb. Daha əvvəl Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc mükafatın sahibi olub.
Qeyd edək ki, Azərbaycan boksçularından Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) finala, Səidcəmşid Cəfərov (75 kiloqram) isə yarımfinala vəsiqə qazanıb. Bu gün Mamedov qızıl medal, Cəfərov isə finala yüksəlmək uğrunda rinqə çıxacaq.









