media-1765884759454384886_1200x630
media-bant_master

Amnistiya aktı Prezident İlham Əliyevin cəmiyyətə humanist mesajıdır. Dövlət başçısının təşəbbüsü ilə irəli sürülən və Milli Məclis tərəfindən qəbul edilən Amnistiya Aktının icrasına start verilməsi dövlətin humanist siyasətinin və vətəndaşlara qayğısının təzahürüdür. Bu qərar özündə dərin sosial-siyasi və mənəvi mesaj daşıyır.

Bu fikirləri ERAmedia-ya bu gün icrasına başlanılan Amnistiya Aktının mahiyyətini və vətəndaş cəmiyyətinin inkişafındakı mövqeyini təhlil edən Siyasi şərhçi Araz XAN deyib.

Siyasi şərhçinin sözlərinə görə, bu aktla Azərbaycan Prezidenti bir daha nümayiş etdirir ki, dövlət yalnız cəzalandırmır, eyni zamanda islah edir və cəmiyyətə yenidən qazandırır. Amnistiya təkcə qanunvericilik aktı deyil – bu, dövlətin xalqla dialoqunun, əfv və bağışlanma mədəniyyətinin göstəricisidir. Prezidentin təşəbbüsü ilə baş tutan bu addım, həm də cəmiyyətin birləşdirici ruhuna xidmət edir.
Bəzən bir qərarla bir şəxsə azadlıq, bir ailəyə sevinc, bir uşağa atalıq, bir insana yenidən həyat verilir. Bu akt da məhz bu azadlıqları cəmiyyətə geri qazandırmağın simvoludur.
Artıq bəzilərinin cəzaları azaldılıb, bəziləri isə azadlığına qovuşub. Televiziya kanallarında, sosial şəbəkələrdə biz azadlığa çıxanların kadrlarını da görürük. Üzlərindəki sevinci oxumaq heç də çətin deyil. Onların arasında qadınlar var, qocalar var, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən şəxslər və digərləri var.
Biz bir daha Prezident İlham Əliyev bu aktla minlərlə ailəyə sevinc, ümid və yeni başlanğıc fürsəti bəxş etdiyinin şahidi olduq deyə Araz Xan qeyd edib.


media-adspc

Bənzər xəbərlər