media-photo_5199626424204071766_m

1992-ci ilin fevralında baş verən Xocalı faciəsi zamanı həyatını itirən uşaqlardan biri də 12 yaşlı Səxavət Ələkbərov olub.

ERAmedia bildirir ki, Xocalıda doğulan Səxavət faciə zamanı beşinci sinifdə oxuyurdu.

Ailənin ilk övladı olan Səxavət hadisədən bir müddət əvvəl quyuya düşdüyü üçün ağır soyuqlamışdı. Mühasirədə saxlanılan şəhərdə isə nə dərman tapılırdı, nə də normal yaşayış üçün şərait vardı.

Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin hücumu başlayanda Ələkbərovlar ailəsi digər sakinlərlə birlikdə Qarqar çayını keçərək meşə yolu ilə Ağdam istiqamətində hərəkət etməyə çalışıb. Həmin vaxt Səxavətin atası Təvəkkül Ələkbərov şəhərin müdafiəsində iştirak edirdi.

Anası Nuridə Ələkbərova uşaqlarını xilas etmək üçün onları qucağına alaraq qarlı və şaxtalı meşə yolları ilə irəliləyib. Naxçıvanlı istiqamətində dinc sakinlərin atəşə tutulduğu anlarda ailə yaxınlarının öldürüldüyü xəbəri gəlib. Elə həmin vaxt Nuridənin kürəyinə bağladığı Səxavət də güllə yarası alıb.

Şahidlərin sözlərinə görə, ağır yaralanan uşaq anasına “Ana, məni yerə qoy, ağrıyıram…” deyərək səslənib. Buna baxmayaraq, ana oğlunu kürəyində daşıyaraq Ağdama qədər aparmağa çalışıb.

12 yaşlı Səxavət Ələkbərov Ağdam məscidində dəfn olunub. Onun taleyi Xocalı faciəsi zamanı uşaqlara qarşı törədilən amansızlığın yadda qalan nümunələrindən biri kimi xatırlanır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər