media-1789971908_1789971603176-h2froczuq3s

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

ERAmedia İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

O, bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamenti rəhbəri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə isə “PAŞA Sığorta” ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.


media-adspc

Bənzər xəbərlər