Ancelina Coli yeni filmə çəkilir
Hollivud ulduzu Ancelina Colinin rol aldığı “Sanni” filminin çəkilişləri başlayıb.
ERAmedia xəbər verir ki, bu barədə məlumat “Deadline” nəşri bildirib.
Məlumata görə, filmin rejissoru Eva Sörhauqdur.
Film özünü və oğullarını qəddar narkobarondan qorumağa çalışan qanqster qadının hekayəsindən bəhs edir.
Coli həm də filmin prodüserlərindən biri kimi çıxış edir. Filmin nümayiş tarixi hələ məlum deyil.










