media-turkiye-fransa-aa-1958066

Fransanın son dövrlərdə Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə siyasi və hərbi fəallığını artırması regionda yeni geosiyasi müzakirələrə səbəb olub. Ermənistan və yunan Kipri ilə hərbi əməkdaşlıq sazişlərinin imzalanması, həmçinin Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı hazırlıqlar diqqət çəkən məqamlar sırasındadır.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli mövzu ilə bağlı ERAmedia-ya açıqlamasında bildirib ki, Fransanın bölgədə artan fəallığının əsas məqsədi Türkiyənin təsir imkanlarını zəiflətməkdir.

Onun sözlərinə görə, Paris bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən isə yunan Kipri ilə hərbi əməkdaşlığı genişləndirməklə Türkiyə ətrafında hərbi-siyasi təzyiq mexanizmi formalaşdırmağa çalışır:

“Türkiyənin Cənubi Qafqazda söz sahibi olması, Avropanın enerji təhlükəsizliyində və yeni təhlükəsizlik arxitekturasında mühüm rol oynaması Fransanı ciddi narahat edir. Makron hakimiyyəti bu səbəbdən Ankara ətrafında müəyyən hərbi çənbər yaratmağa çalışır”.

Sabiq deputat hesab edir ki, Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirilməsi gələcəkdə bölgədə Türkiyəyə qarşı mümkün təxribat hazırlıqları kimi də qiymətləndirilə bilər.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Fransanın bu istiqamətdə atacağı addımların real nəticə verməsi inandırıcı görünmür:

“Fransa Cənubi Kiprdə hərbi mövcudluğunu artıra bilər. Amma bundan Türkiyəyə qarşı təxribat aləti kimi istifadə etməyə çalışsa, ciddi cavabla üzləşəcək. Türkiyə ilə zarafat etmək olmaz”.

O qeyd edib ki, Türkiyə NATO daxilində hərbi baxımdan ən güclü dövlətlərdən biridir və hazırda Avropanın təhlükəsizlik məsələlərində Ankaraya etimadı Parisdən daha yüksəkdir.

Sabiq deputatın fikrincə, Fransanın addımları cavabsız qalmamalıdır:

“Türkiyə çəkindirici addım olaraq həm Cənubi Qafqazda, həm də Quzey Kıbrıs Türk Cümhuriyyəti ərazisində hərbi kontingentini və strateji mövqelərini gücləndirməlidir”.

Vural


media-adspc

Bənzər xəbərlər