Ankarada Cümhuriyyət Qülləsi Azərbaycan bayrağının rənglərində işıqlandırılıb
Azərbaycan xalqının müstəqilliyi, suverenliyi və azadlıq uğrunda mübarizəsi tarixində silinməz iz buraxan 20 Yanvar faciəsinin ildönümündə Ankaranın Keçiören bələdiyyəsi Azərbaycan bayrağını Ankaradakı Respublika Qülləsinə proyeksiya edib.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov məlumat verib.
Diplomat aksiyanın Azərbaycanla həmrəylik və başsağlığı əlaməti olaraq təşkil edildiyini vurğulayıb.











