media-1750229971_meleyke_abbaszade_1770991126

Apellyasiya müraciətlərinin ödənişli olmasını istərdik.

ERAmedia xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trendə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsassız apellyasiya müraciətləri kifayət qədər böyük resurslara başa gəlir:

“Biz çox istərdik ki, apellyasiya prosesi ödənişli olsun. Hələ ki, qaydalar buna imkan vermir. Qeyd etmişdim ki, bu proses bizdə kifayət qədər resurs aparır. Heç olmasa əsassız apellyasiya hallarının ödənişli olmasını istərdik. İnsanlar başa düşməlidir ki, yüz minlərlə iş yoxlanılır. Bunların hamısına sistemdə baxılır. Ona görə də, apellyasiya prosesinin ödənişli olmasını istərdik”.


media-adspc

Bənzər xəbərlər