media-ads-728x90
media-img_3520
media-ads-728x90

Apple” süni intellektlə işləyən axtarış sistemini işə salmağı və onu Siri səsli köməkçisinə inteqrasiya etməyi planlaşdırır.

ERAmedia xarici mediaya istinadən xəbər verit ki, bu yeniliyin daxili adı “World Knowledge Answers” olacaq. Texnologiya Safari brauzerinə və “iPhone” əsas ekranından axtarış etmək üçün istifadə edilən “Spotlight” xidmətinə  quraşdırılacaü. Start Siri”nin dəfələrlə təxirə salınmış yenilənməsi çərçivəsində 2026-cı ilin mart ayına planlaşdırılır. Təşəbbüs “Apple” səsli köməkçisi və əməliyyat sistemlərini istifadəçilərin internetdə məlumat axtara biləcəyi məkana çevirmək məqsədi daşıyır.

Gələcək texnologiyanın əsası “Google”dan götürülə bilər. Bildirilir ki, şirkətlər razılığa gəliblər, ona uyğun olaraq “Apple” gələcək inteqrasiya üçün axtarış nəhənginin süni intellekt modelini qiymətləndirəcək. “Apple”ın yeni axtarış sistemi mətn, foto və videoları dəstəkləyən interfeysə sahib olacaq. Həmçinin süni intellektlə işləyən ümumiləşdirmə sistemi də tətbiq ediləcək.


media-ads-728x90

Bənzər xəbərlər