Arat-Curuxlu-Maşadqanlı avtomobil yolunda tədbirlər görülür
Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
ERAmedia Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verirki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Yolun açılması istiqamətində işlər görülür.









