media-17720892463029360327_1200x630

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

ERAmedia Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan istinadən xəbər verir ki, keçirilən tədbir zamanı Araz çayının İmişli rayonundan keçən hissəsində qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan M. Zeynalov saxlanılıb. Ondan ov alətləri və qanunsuz olaraq ovladığı müxtəlif növlərə aid balıqlar aşkarlanıb.

Həmin istiqamətdə su polisləri tərəfindən keçirilən növbəti tədbir zamanı Kür çayının Neftçala rayonundan keçən hissəsində analoji əməllərə yol verən Ş. Şirinov və R. Əhmədov da saxlanılıblar. Onlardan sintetik torlar, ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər