media-d4a0e2f5-012c-4eac-8085-b3fa908d5a3a
media-bant_master

“Kənddə evləri hərə bir tərəfdə tikmişdi – dağda, daşda. İndi şəhər tiplidir, gözəldir, möhtəşəmdir”. “Böyük Qayıdış”ın növbəti mərhələsində Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan sakinlərdən biri Prezident İlham Əliyevə yaradılan şəraitə görə təşəkkür edərkən belə deyir. Dövlət başçısı isə onların 30 il ərzində necə yaşadıqlarını, hansı işlərlə məşğul olduqlarını və “Böyük Qayıdış”ın bir parçası kimi təəssüratlarını soruşur. O kadrları izləyən hər kəs səmimi söhbətin şahidi oldu. Dövlət başçısı sual verir, sakinlər cavab verir və ya əksinə. Vətənə qovuşmaqlarının sevinci insanların gözlərindən oxunurdu – Prezident isə bu mənzərəni qürurla izləyirdi”.

media-176164933015073831_1200x630

Bu fikirləri ERAmedia-ya açıqlamasında Siyasi şərhçi Araz XAN deyib.

media-17616631402202610806_1200x630

Onun sözlərinə görə, “Qürurludur ona görə ki, bu torpaqları azad etmək üçün bütün dünyanı qarşısına almışdı. Çünki bir vaxtlar münaqişənin həll edilməsini üzərinə götürən dövlətlər ondan bu vəziyyətlə barışmasını tələb edirdi. Azərbaycan Prezidenti isə planlarını onların istəyinin əksinə qurdu. İndi həmin dövlətlərin hər biri 44 günlük vətən müharibəsində qazanılan zəfəri tanıyır və Azərbaycan Prezidentinin yaratdığı yeni reallıqları qəbul edirlər. Biz isə qürurla “Böyük Qayıdış”ın icrasını izləyirik. Zəngilandan başlayan proses indi azad edilən bütün torpaqlarımızda uğurla davam etdirilir.

Ən müasir şəhər və qəsəbələr, infrastruktur Qarabağ və Şərqi Zəngəzur sakinlərinin ixtiyarındadır. Dövlət başçısının Horovlu sakinləri ilə söhbətində Zəngəzur dəhlizinin açılması məsələsinə toxunması xüsusilə diqqət çəkdi. O, horovlulara Zəngəzur dəhlizinin açılması ilə regionun daha çox inkişaf edəcəyini deyirdi. Prezidentin sözlərini eyni ilə təkrarlasaq – əsas odur ki, burada insanlar yerləşsin, uşaqlar çoxalsın, ailələr böyüsün, işlər getsin


media-adspc

Bənzər xəbərlər