media-609153847_1635352334484539_6639944707583194757_n

media-5sagaylqabvepqyclgpkjlaltor9fkd4ecy0dslp_1200

Nəhayət başlayır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio TRIPP layihəsinin icra mexanizmləri üzrə razılığa gəliblər. Bu işlərin sürətlənməsi üçün ümid verir.

Bu barədə ERAmedia – ya danışan Siyasi şərhçi Araz Xan bildirib ki, birgə razılaşmaya əsasən Ermənistan layihənin inkişafı üçün şirkətin yaradılmasına icazə verir və bu şirkət 49 il müddətinə tikinti hüququ əldə edir: “Şirkət səhmlərinin 74%-i ABŞ-yə, 26%-i isə Ermənistana aid olacaq. İlk olaraq ABŞ layihənin hazırlıq mərhələsi üçün 140 milyon dollar ayırır. Bizim üçün burada əsas məsələ Naxçıvana maneəsiz keçidin təmin olunmasıdır. Bakıda müəyyən sualların yaranacağını anlayan Paşinyan bu məsələyə tezliklə aydınlıq gətirdi. O, Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin olunacağını və ölkəsinin sülh gündəliyindən imtina etməyəcəyini dilə gətirib”.

Araz Xan qeyd edir ki, məsələ burasındadır ki, son razılaşma Ermənistanda müəyyən müzakirələrə səbəb olub: “Bir qrup Ermənistanın ABŞ-yə torpaq verdiyini yazır və bunu tənqid edir, digərləri isə layihənin ölkələri üçün əhəmiyyətini qabardır. Elə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlaması sanki bu fikir ayrılıqlarını aradan götürməyə hesablanmışdı. O, TRIPP layihəsinin tezliklə Ermənistanı dalandan çıxaracağını və böyük gəlir əldə edəcəklərini bildirdi”.

Nəhayət Ermənistan tərəfindən də layihənin icrası ilə bağlı addımların atıldığının şahidi oluruq. Heç də olsa İrəvanın da hərəkətə keçməsi Bakıda müsbət qarşılanır deyə Siyasi şərhçi əlavə edib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər