Arif Quliyevin oğlu ilə maraqlı FOTOSU yayıldı
Azərbaycanın mərhum Xalq artisti Arif Quliyev ilə bağlı arxiv foto sosial şəbəkələrdə maraqla qarşılanıb.
ERAmedia xəbər verir ki, 1985-ci ildə çəkilən fotoda tanınmış aktyor oğlu Rövşən Quliyevlə birlikdə Şamaxı rayonunun Məlhəm kəndində görüntülənib. Kadr “Qəm pəncərəsi” filminin çəkiliş fasiləsi zamanı lentə alınıb.
Paylaşım sosial şəbəkə istifadəçisi Elxan Rza tərəfindən yayımlanıb. Fotoda Arif Quliyevin film obrazındakı görünüşü və milli geyim elementləri diqqət çəkir. Arxiv şəkli sənətkarın yaradıcılığına və Azərbaycan kinosunun klassik dövrünə maraq göstərən izləyicilər tərəfindən nostalji hisslərlə qarşılanıb.
Qeyd edək ki, “Qəm pəncərəsi” Azərbaycan kinosunun yadda qalan ekran əsərlərindən biri hesab olunur. Film illər keçməsinə baxmayaraq, bu gün də tamaşaçılar tərəfindən maraqla izlənilir.
Vüsalə










