media-whatsapp-image-2026-05-06-at-10-27-28

İsveçrənin Bazel şəhərində həyat yoldaşı Kristina Joksimoviçi boğaraq öldürdükdən sonra meyiti parçalayan Mark Riebenlə bağlı cinayət işi üzrə yeni təfərrüat üzə çıxıb.

ERAmedia xəbər verir ki, istintaq materiallarına görə, o, meyitin bəzi hissələrini sənaye tipli blender vasitəsilə məhv etməyə cəhd edib. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf etsə də, hadisənin “qəza” nəticəsində baş verdiyini iddia edib.

İttiham aktında bildirilir ki, hadisə 2024-cü ildə cütlüyün yaşadığı evdə baş verib. Boşanmaq istəyən həyat yoldaşı ilə mübahisə zamanı Riebenin onu boğaraq öldürdüyü, daha sonra isə meyiti gizlətmək məqsədilə müxtəlif alətlərlə parçaladığı qeyd olunur. Prokurorluq bəzi bədən hissələrinin blenderdən keçirilərək yox edilməyə çalışıldığını da vurğulayıb.

Tibbi ekspertlərin rəyinə görə, meyit üzərində məqsədli şəkildə ciddi müdaxilə edildiyi müəyyən olunub. Bundan əlavə, izlərin itirilməsi üçün kimyəvi maddələrdən istifadə edildiyi bildirilib.

Ailəyə yaxın mənbə yerli mediaya açıqlamasında Riebenin həyat yoldaşının harada olduğunu bilmədiyini iddia etdiyini, onun bəzən izsiz yoxa çıxdığını söylədiyini qeyd edib. Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs göz yaşları içində peşman olduğunu bildirib və ailəsinə böyük acı yaşatdığını deyib.

Prokurorlar isə onun “qəza” iddiasını rədd edərək, cinayətin qəsdən və soyuqqanlı şəkildə törədildiyini vurğulayıblar. İttihama görə, hadisənin arxasında boşanmanı qəbul etməmək, nəzarət istəyi və aqressiya dayanır.

Məhkəmə tərəfindən təyin olunmuş psixiatr Frank Urbaniok Riebenin narsistik meyllər və obsesiv-kompulsiv əlamətlər göstərdiyini bildirib. 2017-ci ildə evlənən və iki övladı olan cütlüyün sosial mediada ideal ailə görüntüsü yaratdığı, lakin əvvəllər də məişət münaqişələri səbəbilə polis müdaxiləsinin baş verdiyi məlum olub.

Basel yaxınlığındakı Binningen qəsəbəsində baş verən hadisə geniş rezonans doğurub. Məhkəmənin yekun qərarını mayın 13-də açıqlayacağı gözlənilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər