media-1766672366_1722426986_arzuxan
media-bant_master

Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib.

Onlardan biri Orxan Əlizadədir. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.

ERAmedia-nın  əldə etdiyi məlumata görə, Orxan Əlizadə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğludur.

O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib.

Qeyd edək ki, Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, ötən il parlamentin deputatı seçilib və hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir. 

Deputatın 3 övladı var.


media-adspc

Bənzər xəbərlər