media-17881595302779453025_1200x630

“ASAN Könüllüləri” Təşkilatının “Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik” təlim proqramı başa çatıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  ERAmedia-ya verilən məlumata görə, məqsəd iştirakçıların rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını artırmaq, müasir texnologiyalarla bağlı məlumatlılıqlarını genişləndirmək olub.

Proqram çərçivəsində müasir texnoloji trendlər, “ASAN xidmət”də tətbiq olunan innovativ və rəqəmsal həllər, süni intellektin tətbiq imkanları, alətlərdən səmərəli istifadə, kibertəhlükəsizliyin əsas prinsipləri barədə məlumat verilib.

İştirakçıların bilikləri imtahan vasitəsilə qiymətləndirilib, bütün mərhələləri uğurla tamamlayanlara sertifikat və hədiyyələr təqdim olunub.

media-17881595304655145515_1200x630 media-17881595306037241284_1200x630


media-adspc

Bənzər xəbərlər