media-179240286417636640_1200x630

Oktyabrın 21-dən 23-dək Astanada 25 ölkədən 300-dən çox şirkəti bir araya gətirən beynəlxalq aqrosənaye sərgisi – “KazAgroFarm-2026” keçiriləcək. 

ERAmedia xəbər verir ki, tədbirdə Qazaxıstanın dövlət qurumlarının, xarici nümayəndə heyətlərinin, diplomatik nümayəndəliklərin, beynəlxalq aqrobizneslərin və fermer təsərrüfatlarının nümayəndələrinin iştirakı gözlənilir.

Sərgi iki əsas sahəni birləşdirəcək: bitkiçilik (“KazAgro”) və heyvandarlıq (“KazFarm”). Müasir kənd təsərrüfatı texnologiyaları, maşın və avadanlıqlar, eləcə də rəqəmsallaşdırma, süni intellekt, robototexnika və dəqiq əkinçilik sahələrində həllər nümayiş etdiriləcək.

İşgüzar proqrama konfranslar, panel müzakirələri, seminarlar və peşəkar görüşlər daxildir. Mərkəzi tədbirlərdən biri Qazaxıstanın 75 illik yubileyinə həsr olunmuş “Akbas” – “Ağbaş” mal-qara cinsi Günü olacaq.

Ziyarətçilər üçün giriş sərbəstdir.


media-adspc

Bənzər xəbərlər