Astara Terminalından aşırılan yükün həcmi açıqlanıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Astara Terminalında (İran ərazisində) bu ilin 8 ayında 537 min tondan çox yük aşırılıb.
ERAmedia-ya ADY-dən bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 faiz çoxdur.
Cari ilin avqust ayı üzrə müvafiq göstərici 50 faiz artımla 76 min ton olub.









