Atdan yıxılan müxalifət lideri öldü
Belarusda müxalifət düşərgəsini sarsıdan hadisə baş verib.
ERAmedia xəbər verir ki, ölkənin tanınmış müxalif simalarından biri, Demokratik Gələcək Partiyasının sədri Viktor Malenin paytaxt Minsk yaxınlığında keçirilən atçılıq tədbiri zamanı atdan yıxılaraq həyatını itirib.
Məlumata görə, hadisə Minsk şəhərinin şimalında yerləşən Logoisk rayonunda qeydə alınıb. Partiya mənbələrinin bildirdiyinə görə, 58 yaşlı Malenin xüsusi bir fermada təşkil olunan atçılıq gəzintisi zamanı atının qəfil hürkərək narahat olması nəticəsində müvazinətini itirərək yerə yıxılıb. Ağır xəsarət alan müxalif lider hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Viktor Maleninin həyatını xilas etmək mümkün olmayıb.
Son illərdə Belarus hakimiyyətinə qarşı sərt tənqidləri ilə tanınan Maleninin ölümü ölkədə geniş rezonans doğurub.
Demokratik Gələcək Partiyasının yaydığı bəyanatda qeyd olunub ki, “Belarus azadlıq mübarizəsi qətiyyətli bir səsini itirdi”. Partiya dəfn mərasimi ilə bağlı məlumatların yaxın günlərdə açıqlanacağını bildirib.
Belarus rəsmiləri hadisənin bədbəxt hadisə nəticəsində baş verdiyini açıqlayıb və ölüm faktı ilə bağlı rəsmi araşdırmanın başladıldığını bəyan edib.
Maleninin qəfil ölümü həm Belarusda, həm də xaricdəki müxalif dairələrdə dərin kədər hissi yaradıb.
Vural









