media-17858366304318063018_1200x630

2020-ci il müharibəsindən bəri Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 433 nəfər zərər çəkib. Minatəmizləmə işlərinin əsas hissəsini Azərbaycan öz resursları hesabına həyata keçirir. Bu sahədə ölkəmizə dəstək göstərən dövlətlər və beynəlxalq təşkilatlar olsa da, mövcud yardımın həcmi ehtiyacları tam qarşılamır.

ERAmedia xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

“ATƏT-dən gözləntimiz ondan ibarətdir ki, təşkilat minatəmizləmə sahəsində daha fəal rol oynasın, humanitar layihələrin həyata keçirilməsinə və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə daha güclü dəstək versin”, – deyə nazir bildirib.


media-adspc

Bənzər xəbərlər