Atıcılıq üzrə Azərbaycan çempionları - ADLAR
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı başa çatıb.
ERAmedia-nın məlumatına görə, Bakı Atıcılıq Mərkəzində baş tutan yarışda müxtəlif kateqoriyalar üzrə 100-dən artıq idmançı mübarizə aparıb. 5 gün davam edən mübarizələrdən sonra mükafatçılar bəlli olub.
Qaliblərə medal, fəxri diplom və xüsusi mükafatlar təqdim olunub.
Azərbaycan çempionatının qalibləri:
25 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə (qadınlar): 1. Zeynəb Sultanova 2. Nilufər Səmədli 3. Sofiya Barxalova
25 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə (kişilər):
1. Ruslan Lunev
2. İmran Qarayev
3. Cəfər Sultanlı
50 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə:
1. Rəsul Məmmədov
2. Hacı Musayev
3. Vladislav Kalmıkov
50 metr məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş açma:
1. Nigar Ramazanova
2. Əliməmməd Hüseynov
3. Üzeyir Tapdıqlı
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə(qadınlar):
1. Sofiya Barxalova
2. Xanna Əliyeva
3. Zeynəb Sultanova
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə (kişilər):
1. Oleq Kerjankin
2. Hacı Musayev
3. Rəsul Məmmədov
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə (qadınlar):
1. Elvina Əfsanə
2. Nigar Ramazanova
3. Jalə Bayramova
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə (kişilər):
1. Üzeyir Tapdıqlı
2. Əliməmməd Hüseynov
3. Ruslan Qəhrəmanov
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə (qarışıq komanda):
1. Leyli Əliyeva – Elvin Astanov
2. Zeynəb Sultanova – Vladislav Kalmıkov
3. Xanna Əliyeva – Hacı Musayev
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə (qarışıq komanda):
1. Jalə Bayramova – Üzeyir Tapdıqlı
2. Nuranə Əliyeva – Ruslan Qəhrəmanov
3. Nigar Ramazanova – Ramiz Xəlilov
Qadınlar arasında səngər stendi atıcılığı:
1. Nərmin Cəfərova
2. Aydan Camalova
3. Alina Rəfixanova
Kişilər arasında səngər stendi atıcılığı:
1. Əli Hüseynli
2. Mirmömin Ağazadə
3. Tamerlan Məmmədov
Qadınlar arasında dairəvi stend atıcılığı:
1. Nurlana Cəfərova
2. Riqina Meftaxetdinova
3. Şölə Quliyeva
Kişilər arasında dairəvi stend atıcılığı:
1. Cavid Həsənov
2. Niyaz Ağazadə
3. Fuad Qurbanov