media-videoedited
media-th6gx7sadxu9oesdgtbd6wmxcmmdrk4r4r2c3idf_825
media-shehidler_olmez_baner_full

“Atletiko” (Madrid) klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunundan əvvəl İngiltərə təmsilçisi “Arsenal”dan UEFA-ya şikayət edib.

Buna “topçular”ın “Emireyts” stadionundakı məşqdən sonra qonaq komandanın futbolçularını isti su ilə təmin etməməsi səbəb olub.

İspaniya nəhənginin oyunçuları duş ala bilməyiblər. Klub məsələ ilə bağlı stadion işçilərinə məlumat versə də, buna məhəl qoyulmayıb. Futbolçular Londonun mərkəzindəki otellərinə qayıtmağa məcbur olublar.

Qeyd edək ki, “Arsenal” – “Atletiko” matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


media-adspc

Bənzər xəbərlər