Avarçəkənlərimiz beynəlxalq yarışda 4 medal qazanıblar
Gürcüstanın Mtsxeta şəhərində təşkil olunan kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb.
ERAmedia-ya Su İdmanı Növləri Federasiyasından (ASİNF) verilən məlumata görə, “Mtsxeta Şəhəri Günü” münasibətilə keçirilən yarışda Azərbaycan idmançıları 4 medala sahib olublar.
Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik kanoe qayığında 200 metr məsafədə üçüncü yeri tutublar.
Kayak növündə Yunus Əhmədov təknəfərlik qayıqda, eləcə də gürcüstanlı həmkarı ilə birgə ikinəfərlik qayıqda 200 metr məsafədə gümüş medala layiq görülüb. Eyni kateqoriyada, müxtəlif yaş qrupları üzrə Sənan Cəfərzadə – Tahir Mövsümov cütü də fəxri kürsünün ikinci pilləsinə qalxıb.










