Avarçəkənlərimizdən Dünya Kubokunda MEDAL
12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən avarçəkənlərimiz uğurlu çıxış ediblər.
ERAmedia xəbər verir ki, ölkəmizi təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə iki nəfərlik qayıqda üçüncü yeri tutublar.
Ziya-Nurlan cütlüyü 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək bürünc medala sahib olublar.










