Avarçəkmə və kanoe üzrə ölkə çempionatına yekun vurulub
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatı başa çatıb.
ERAmedia xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən ikinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübarizə aparıblar.
Qalib idmançılar diplom və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, bu turnirdə fərqlənən idmançılar Mingəçevir Reqatası beynəlxalq turnirində mübarizə aparacaq komandanın heyətinə cəlb olunacaq.









