media-3222897

2026-cı il yanvar ayının 26-da Avropa Birliyi ölkələri nəhayət ki, 2027-ci ilin sonuna qədər tətbiq olunmalı olan Rusiya qazının idxalına qadağa qoymaq planını təsdiqləyib.

ERAmedia xəbər verir ki, bu barədə məlumatı Avropa Şurasının veb yayıb.

Nəlumata görə, Macarıstan və Slovakiya təmsilçiləri qanuna qarşı səs versələr də, qərar səs çoxluğu ilə qəbul edilib.

Sənədə görə, qanunun qüvvəyə minməsindən altı həftə sonra Rusiya boru kəməri qazının və mayeləşdirilmiş təbii qazın AB-yə idxalı qadağan ediləcək.

Lakin üzv dövlətlərin mövcud müqavilələrinə keçid dövrü tətbiq olunacaq: AB 2026-cı ilin sonuna qədər Rusiya mayeləşdirilmiş təbii qazının idxalını, 30 sentyabr 2027-ci ilə qədər isə boru kəməri qazının idxalını dayandıracaq.

Ölkələrə qış istilik mövsümündən əvvəl qaz anbarlarını xaricdən qazla doldurmaqda çətinlik çəkdikləri təqdirdə, qadağanı 1 noyabr 2027-ci ilə qədər təxirə salmağa icazə verilir.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər