media-17731703325996123463_1200x630

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.

ERAmedia xəbər verir ki, Azərbaycan təmsilçilərindən Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş medal qazanıblar.

Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər