media-1784974461718022274_1200x630

Abşeron Olimpiya İdman Kompleksində keçirilən Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyası üzrə ilk mükafatçılar müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasından ERAmedia-ya verilən məlumata görə, yarışın ilk günündə oğlanlar arasında beş, qızlar arasında isə iki çəki dərəcəsində qaliblər bəlli olub.

Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən 81 klubu təmsil edən 289 cüdoçu U-14 və U-16 yaş kateqoriyalarında mübarizə aparır.

media-17849744613343114268_1200x630


media-adspc

Bənzər xəbərlər