media-1723136247_avropa_ittifaqi_1
media-bant_master

Macarıstanın baş naziri Viktor Orban Macar mətbuatına verdiyi müsahibədə Avropanın üzləşdiyi mövcudluğu ilə bağlı təhdidlərə diqqət çəkib.

ERAmedia-nın məlumatına görə, Orban bildirib ki, 2025-ci il Avropa üçün “son sülh ili” ola bilər və 1945-ci ildən bəri davam edən istisnai sülh dövrü sona çatır.

Onun sözlərinə görə, nüvə fəlakəti qorxusu artıq qitəni müharibələrdən uzaq saxlamağa kifayət etmir: “Tamamilə fərqli bir dünya formalaşır və biz müharibəyə doğru irəliləyirik”.

Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsində Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi planını blokladığını xatırladan Orban Avropada “müharibə tərəfdarı” qrupun üstünlük qazandığını iddia edib. Macarıstanın sülh istəyən tərəfdə olduğunu vurğulayan Orban Qərbi Avropanın siyasi və iqtisadi tənəzzülünü müharibə iqtisadiyyatı ilə ört-basdır etməyə çalışdığını bildirib. Onun fikrincə, 20 il əvvəl ABŞ-la rəqabət aparan Avropa iqtisadiyyatı bu gün rəqiblərindən xeyli geri qalaraq tarixi reflekslə müharibəyə sığınır.

Avropa İttifaqının hüquqi baxımdan parçalanma yaşadığını deyən Orban Brüssel bürokratiyasının “imperiya qurmaq” həvəsinin üzv ölkələrdəki reallıqla toqquşduğunu qeyd edib.

Qərarların Brüsseldə qəbul edildiyini, lakin ölkələrdə icra olunmadığını bildirən Macarıstan baş naziri “Avropa İttifaqı dağılma prosesindədir. Brüssel müharibəni qızışdırmağa çalışır, biz isə bu sürəti azaltmaq üçün mübarizə aparırıq” deyərək birliyin gələcəyinin ciddi risk altında olduğunu vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər