Avropa İttifaqı Şurasının növbəti sammiti İrəvanda keçiriləcək-Paşinyan
“Avropa İttifaqı Şurasının növbəti, 8-ci sammiti 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək”.
ERAmedia-nın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Telegram” kanalında yazıb. “İştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı İrəvana dəvət etmişəm. Onların hər birini qəbul etmək mənim üçün böyük şərəfdir”, – deyə o bildirib.
Qeyd edək ki, qurumun ilk sammiti 2022-ci ilin oktyabrında Praqada keçirilib.