media-avropa-ittifaqi-rus-diplomatlarin-seyahetlerine-mehdudiyyet-qoydu-rasthaber-azerbaycan-860x484

Rusiyalı oliqarxlar Mixail Fridman və Əlişir Usmanovun Avropa İttifaqının sanksiya siyahısından çıxarılması çoxkombinasiyalı sövdələşmənin nəticəsi olub.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, hər iki milyarderin sanksiya siyahısından çıxarılmasının əsas təşəbbüskarları Fransa və Lüksemburq olub.

Onun sözlərinə görə, Fransa Əlişir Usmanovla bağlı sövdələşməyə Azərbaycanda məhkum olunan Fransa vətəndaşının azadlığa buraxılması məsələsini də daxil edib.

Elxan Şahinoğlu qeyd edib ki, Lüksemburq isə Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasını təklif edib. Buna səbəb Fridmanın aktivlərinin dondurulması ilə əlaqədar Lüksemburqa qarşı 16 milyard dollarlıq iddia qaldırması olub.

Siyasi şərhçinin fikrincə, prosesdə Özbəkistanın rolunun olub-olmadığını da istisna etmək olmaz. O bildirib ki, milliyyətcə özbək olan Əlişir Usmanovun Rusiya ilə yanaşı, doğma Özbəkistanda da böyük layihələri və investisiyaları mövcuddur.

Elxan Şahinoğlu vurğulayıb ki, Özbəkistanın Azərbaycanla strateji müttəfiqlik münasibətləri də bu məsələyə diqqəti artıran amillərdən biridir.

O qeyd edib ki, oliqarxların sanksiya siyahısından çıxarılması ayrı-ayrı ölkələrin iqtisadi, hüquqi və siyasi maraqlarının bir-biri ilə uzlaşdığı mürəkkəb diplomatik prosesin nəticəsi kimi qiymətləndirilə bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər