media-whatsapp-image-2026-05-04-at-10-20-33

Şərqi Aralıq dənizi və Kıbrısda təhlükəsizlik balansı ilə bağlı müzakirələr davam edərkən, Yunanıstan mətbuatında yer alan təhlillər Türkiyənin bölgədəki hərbi mövcudluğu ilə bağlı diqqətçəkən iddialar ortaya qoyub.

ERAmedia-nın məlumatına görə, həmin analizlərdə bildirilir ki, Türkiyə Quzey Kıbrısda yerləşdirdiyi sistemlərlə müdafiə qabiliyyətini gücləndirib və bu, bölgədəki geosiyasi tarazlığa birbaşa təsir göstərir.

Xəbərdə qeyd olunur ki, Türkiyənin inkişaf etdirdiyi çoxqatlı müdafiə və hücum infrastrukturu radar sistemləri, hava hücumundan müdafiə vasitələri və raket batareyalarının inteqrasiyası ilə formalaşıb. Bu çərçivədə HISAR hava hücumundan müdafiə sistemi, TRG-300 çoxlüləli reaktiv yaylım atəşi sistemi və HAKİM komanda-idarəetmə sistemi kimi elementlərin birlikdə işləyərək şəbəkə mərkəzli struktur yaratdığı vurğulanır.

TRG-300 sistemlərinin 90 ilə 120 kilometr arasında mənzilə malik olduğu və yüksək dəqiqliklə hədəfləri vurduğu bildirilir. Qeyd edilir ki, bu sistemlər strateji nöqtələri effektiv şəkildə nəzarət altına almağa imkan verir. Eyni zamanda, HISAR sistemlərinin hava hücumundan müdafiədə mühüm rol oynadığı, radar şəbəkələrinin isə geniş coğrafiyada erkən xəbərdarlıq və izləmə imkanı yaratdığı diqqətə çatdırılır.

Analizdə bu sistemlərin birgə fəaliyyətinin “radarlar aşkarlayır, HAKİM koordinasiya edir, HISAR qoruyur və TRG-300 vurur” prinsipi ilə ifadə olunan hərbi konsepsiya formalaşdırdığı qeyd olunur.

Türkiyə baxımından isə bu addımların həm Kıbrıs türk xalqının təhlükəsizliyini təmin etmək, həm də Şərqi Aralıq dənizindəki hüquq və maraqları qorumaq məqsədi daşıdığı vurğulanır. Ankaranın uzun müddətdir bildirdiyi kimi, bölgədəki hərbi mövcudluq “caydırıcılıq” xarakteri daşıyır və hücum niyyəti güdmür.

Digər tərəfdən, Türkiyənin Quzey Kıbrısda hərbi və texnoloji imkanlarını artırmasının Şərqi Aralıq dənizində artan gərginlik və enerji rəqabəti kontekstində qiymətləndirildiyi bildirilir. Ekspertlərin fikrincə, bu cür addımlar təkcə Kıbrıs adası ilə məhdudlaşmır, daha geniş regional təhlükəsizlik arxitekturasının bir hissəsi kimi çıxış edir.

Xəbərdə həmçinin Türkiyənin yerli və milli müdafiə sistemlərinin inteqrasiya qabiliyyətinin artdığı, bunun sayəsində daha sürətli qərar qəbul etmə və effektiv müdaxilə imkanlarının genişləndiyi qeyd olunur. Bu vəziyyətin müasir müharibə konsepsiyalarında mühüm yer tutan “şəbəkə mərkəzli müharibə” yanaşmasının praktik tətbiqi kimi dəyərləndirildiyi vurğulanır.

Məlumatda raket və radar sistemləri ilə bağlı konkret göstəricilər də təqdim olunur. Bildirilir ki, çəhrayı rənglə göstərilən radar İlyas peyğımbər təpəsində (888 nömrəli yüksəklikdə) yerləşir və 500 kilometr mənzilə malikdir. Qırmızı rənglə qeyd olunan Kionelidəki STR-E 700 G radarı 250 kilometr mənzilə sahibdir. Yaşıl rənglə göstərilən “Kalkan II” radarı isə 120 kilometr mənzildə fəaliyyət göstərir. Sarı rəng isə “Hisar” sisteminin 25-40 kilometr atəş məsafəsini ifadə edir.

Vural


media-adspc

Bənzər xəbərlər