media-whatsapp-image-2026-10-21-at-10-31-59

Parisdə mağazası vəhşicəsinə qarət edilən qadının dəhşət dolu baxışları Avropanın qəflətdən ayılmış sabahına zillənib.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva bu görüntülərin sosial şəbəkələrdə sürətlə yayılmasına və Avropanın müxtəlif ölkələrində doğurduğu əks-sədaya diqqət çəkib.

Arzu Qazıyevanın fikrincə, mağazası qarət edilən qadının baxışları sadəcə yaşanan dəhşətin ifadəsi deyil, həm də Avropanın gələcəyi ilə bağlı narahatlıqların simvoluna çevrilib.

Jurnalistin qeyd etdiyi kimi, internetdə viral olan bu görüntülər bəlkə də məhz xaosun sıçradığı İtaliyada sıravi vətəndaşları öz şəhərlərini qorumaq üçün ayağa qalxmağa sövq edib. Danimarkada polisin etirazı hələ başlanğıc mərhələsində dayandırmağa çalışması, Almaniyada isə bir jurnalistin ölkəsinin hakimiyyətini baş verənlərdən dərs götürməyə çağırması Avropada artan narahatlığın fərqli təzahürləri kimi diqqət çəkir.

Arzu Qazıyevanın vurğuladığı əsas məqam budur ki, bəzən cəmiyyəti silkələmək, insanları ətrafda baş verənlər barədə düşünməyə vadar etmək üçün uzun-uzadı izahlara ehtiyac qalmır. Bir görüntü, bir an və bir baxış insanların hadisələrə münasibətini dəyişə bilər.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər