media-1764740412-shutterstock_2168815557-pic_32ratio_900x600-900x600-51083

Avropa İttifaqı (Aİ) Rusiyadan təbii qaz idxalını tamamilə dayandırmağı nəzərdə tutan plana razılıq verib.

ERAmedia xəbər verir ki, 2027-ci ilin payızına qədər bütün boru kəmərləri və LNG (maye təbii qaz) tədarüklərinin kəsilməsini nəzərdə tutan qərara Slovakiya və Macarıstan etiraz edib.

Aİ Şurası Rusiyadan enerji asılılığını sıfıra endirəcək radikal tənzimləməni qəbul edib.

Yeni plana əsasən, Rusiyadan gətirilən LNG 2027-ci ilin əvvəlindən, boru kəməri ilə nəql olunan qaz isə 2027-ci ilin payızından etibarən tamamilə qadağan olunacaq.

Bazar qiymətlərində kəskin sıçrayışların qarşısını almaq üçün keçid dövrünün tətbiq ediləcəyi bildirilir. Qaydalara əməl etməyən ölkələr üçün isə ağır maliyyə cərimələri nəzərdə tutulur.

Rusiya–Ukrayna müharibəsindən əvvəl qaz tələbatının təxminən 45 faizini Rusiyadan qarşılayan Aİ-də bu göstərici artıq 13 faizə qədər enib.

Enerji embarqosu ilə bağlı qərar birlik daxilində fikir ayrılığına səbəb olub.

Rus qazından asılılığı yüksək olan Slovakiya və Macarıstan tənzimləməyə sərt reaksiya verib.

Macarıstan hökuməti qərarı Avropa Ədalət Məhkəməsinə daşıyacağını və hüquqi proses başladacağını açıqlayaraq Brüsselə meydan oxuyub.

Aİ rəsmiləri isə bu addımın Rusiyaya enerji asılılığının aradan qaldırılması yolunda geri dönməz bir mərhələ olduğunu vurğulayır.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər