Avropada silsilə sərgilər keçirilir
Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub.
Sərgi Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində keçirilib.
Layihənin Belçikadakı tərəfdaşı “Fireland” Azərbaycanlılar Birliyidir.
“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, Avropa məkanında QHT xətti ilə Azərbaycanın mina probleminə dair bu miqyasda silsilə sərgilər ilk dəfədir: “Münhen, Nürnberq, Paris şəhərlərindən sonra bu dəfə Brüsseldə nümayiş etdirdiyimiz fotoları “danışan şəkillər” də adlandırmaq olar: “Onlar Azərbaycan torpaqlarına Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olan insanların hekayələridir. Biz susmayacağıq, vaxt yetişib, 30 illlik işğal dövründə dinc insanlara qarşı bu qəddarlığa görə məsuliyyət daşıyan Ermənistanın hərbi-siyasi rəhbərləri
Ziyarətçilər fotoların üzərindəki QR kodlar vasitəsilə Azərbaycanın mina probleminə dair əlavə məlumatlarla da tanış olublar.
“Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropada davam etdirməyi planlaşdırır.