media-gorsel_2026-01-02_110253656

“Avrora”ya qarşı külli miqdarda dələduzluq olub.

ERAmedia KONKRET.az-istinadən xəbər verir ki , söhbət 92 min manatlıq “Bizon” satışından gedir.

Belə ki, şirkətin Anbar Təsərrüfatı və Logistika Departamentində sürücü vəzifəsində işləyən Sabir Kələntərov (ad-soyad şərtidir) öz qulluq mövqeyindən istifadə etməklə şirkətin satış üzrə nümayəndəsi vəzifəsində çalışan şəxslərlə danışıb özünün müştərilərinin olmasını, tez bir zamanda “Avrora”ya məxsus “Bizon” içkilərini satıb satışdan əldə olunacaq pulu bir ay müddətində Şirkətin Bərdə filialının xəzinəsinə təhvil verəcəyini yalandan vəd verib.

O, şirkət əməkdaşlarının etibarını qazandıqdan sonra “Avrora”ya ümumilikdə külli miqdarda, yəni 91.851 manat məbləğində ziyan vurmaqla dələduzluq edib.

Cinayət İşinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, Sabir Kələntərov 6 il 3 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.


media-adspc

Bənzər xəbərlər